“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə ixrac 500 mln dollarlıq həddi keçib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə ixrac 500 mln dollarlıq həddi keçib Bunun 20,1 milyon dolları ötən ayın payına düşüb
Biznes
140
1 Mart , 2021 15:21
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə ixrac 500 mln dollarlıq həddi keçib

Bu günə qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 502,2 milyon ABŞ dolları dəyərində mal və xidmət ixrac olunub.

"Report" xəbər verir ki, bu barədə İİTKM-in “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Bunun 20,1 milyon dolları ötən ayın payına düşüb.

Ay ərzində ixracda hava nəqliyyatı 64,9 %, avtomobil nəqliyyatı 28,2 %, dəmir yolu nəqliyyatı 6 %, qarışıq nəqliyyat növləri isə 0,9 % paya sahib olub.

Son xəbərlər

Orphus sistemi