“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib Bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 29,2 milyon ABŞ dolları olub.
Biznes
29 Aprel , 2022 13:09
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

Bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 29,2 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin aprel ayı ilə müqayisədə 70,8% çoxdur.

2017-ci ildən 2022-ci ilin aprel ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 778,9 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi