“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 750 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 750 milyon dollarlıq ixraca kömək edib Bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,3 milyon ABŞ dolları olub.
Biznes
31 mart 2022 11:37
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 750 milyon dollarlıq ixraca kömək edib

Bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,3 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin mart ayı ilə müqayisədə 32,1% çoxdur.

2017-ci ildən 2022-ci ilin mart ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 749,7 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi