Biləsuvarda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

Biləsuvarda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Biləsuvarda istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq keçirilib.
Biznes
16 Fevral , 2018 20:31
Biləsuvarda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Biləsuvarda istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq keçirilib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan Konfransda Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə məlumat veriblər.

Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda konfrans və dəyirmi masalar təşkil olunur, istehlakçıların elektron ünvanlarına ticarət qaydalarına əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici məlumatlar göndərilir.

Təkcə ötən il ərzində istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsullarla bağlı 54 maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb.

Sahibkarların, ictimai təşkilatların nümayəndələrinin və 200-ə yaxın istehlakçının iştirak etdiyi konfransda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin Biləsuvarda malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda treninq keçirilib. Treninqdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sualları cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi