Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri fasiləsiz iş rejiminə keçib

Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri fasiləsiz iş rejiminə keçib Biləsuvar. 10 may. REPORT.AZ/ Bu gündən etibarən Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçib.
Biznes
426
10 May , 2018 19:13
Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri fasiləsiz iş rejiminə keçib

Biləsuvar. 10 may. REPORT.AZ/ Bu gündən etibarən Biləsuvar, Culfa və Astara gömrük sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçib.

“Report”un Aran bürosu xəbər verir ki, bu barədə Azərbaycan və İran hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılıq əldə olunaraq müvafiq protokol imzalanıb.

Məqsəd hər iki dövlət sərhədindən gediş-gəlişi, əmtəə dövriyyəsini, qarşılıqlı yük dövriyyəsində ləngiməni asanlaşdırmaq və vətəndaşların dövlət sərhədlərindən keçidini asanlaşdırmaqdır.

Son xəbərlər

Orphus sistemi