Beynəlxalq Valyuta Fondunun rəhbərinə qarşı cinayət ittihamı irəli sürülüb

Beynəlxalq Valyuta Fondunun rəhbərinə qarşı cinayət ittihamı irəli sürülüb Kristin Laqard ittihamlara görə öz vəzifəsindən getmək niyyətində deyil
Biznes
27 Avqust , 2014 16:11
Beynəlxalq Valyuta Fondunun rəhbərinə qarşı cinayət ittihamı irəli sürülüb
Bakı. 27 avqust. REPORT.AZ/ Fransada Beynəlxalq Valyuta Fondununu (BVF) direktoru Kristin Laqarda qarşı ittihamlar irəli sürülüb.

Report "France-Presse" agentliyinə istinadən xəbər verir ki, onu Nikolya Sarkozinin prezident olduğu dövrdə maliyyə naziri vəzifəsində olarkən cinayət laqeydliyində ittiham edirlər. Laqard özü isə bildirib ki, əvvəlki fəaliyyəti ilə bağlı ittihamlar səbəbindən BVF direktoru vəzifəsindən istefa etmək niyyətində deyil. 

Qeyd edək ki, Kristin Laqard "Tapi" işi üzrə başlanılmış araşdırmada şübhəli bilinir. O, 1990-cı ildə iş adamı Bernar Tapi "Kredite Lion" fransız maliyyə təşkilatının törəmə bankından "Adidas" şirkətində pay almaq üçün kredit götürüb, 1993-cü ildə "Kredite Lion" konsorsium yaradıb. Həmin konsorsium "Adidas" şirkətində payını satıb. İstintaqçılar isə düşünür ki, bank ofşor sxemi üzrə şirkəti özü-özünə satıb. 

Son xəbərlər

Orphus sistemi