“Best Managed Companies Azerbaijan” layihəsinin builki qalibləri açıqlanıb

“Best Managed Companies Azerbaijan” layihəsinin builki qalibləri açıqlanıb Artıq ikinci ildir ki Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən “Best Managed Companies” beynəlxalq biznes müsabiqəsi 2023-cü ilin qaliblərini elan etdi.
Biznes
12 iyun 2023 06:05
“Best Managed Companies Azerbaijan” layihəsinin builki qalibləri açıqlanıb

Artıq ikinci ildir ki, Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən “Best Managed Companies” beynəlxalq biznes müsabiqəsi 2023-cü ilin qaliblərini elan etdi.

Ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə "Avrora", "Metak", "Norm Sement" və "Veysəloğlu Şirkətlər Qrupu" “Best Managed Companies Azerbaijan 2023” titulu ilə təltif edildilər.

“Best Managed Companies” layihəsi qlobal olaraq "Deloitte"in 30 il ərzində 46 ölkədə uğurla həyata keçirdiyi müsabiqədir və əsas məqsədi yüksək biznes fəaliyyəti ilə fərqlənən yerli özəl şirkətləri cəmiyyətə tanıtmaqdır.

Bu layihə "PAŞA Bank" ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SIF), "AMCHAM Azerbaijan", İctimai Televiziyanın dəstəyi və "Deloitte Azərbaycan" şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

“Best Managed Companies Azerbaijan” layihəsinin Azərbaycanın biznes icmasına verdiyi töhfə aparıcı beynəlxalq bilik və təcrübəni paylaşmaq, ətraf mühitə qayğı və xeyriyyəçiliyə önəm verən şirkətləri tanıtmaq, yeni iş yerlərinin açılması və uğurlu bizneslərin inkişafına təkan verməkdir. Bu biznes müsabiqəsi "Deloitte"in Azərbaycan hökumətinin özəl sahibkarlığın inkişaf strategiyasına dəstək verməsi üçün bir fürsətdir.

“Best Managed Companies” layihəsi çərçivəsində şirkətlər 4 meyar əsasında qiymətləndirilir:

- strategiya;

- təşkilatın imkanları və innovasiyalar;

- korporativ idarəetmə və maliyyənin idarə edilməsi;

- korporativ mədəniyyət və məsuliyyət.

Müstəqil hakimlər heyəti qalib şirkətləri müəyyən edir və yekun olaraq bir neçə şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunur.

Müstəqil hakimlər heyətinin üzvləri UNEC-in rektoru Ədalət Muradov, "PAŞA Bank"ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Azercell Telekom” MMC-nin prezidenti Zarina Zeynalova, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini Xəyyam Məmmədov, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev, “AMCHAM Azerbaijan”in prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğludur.

"Best Managed Companies" Mükafat Proqramının beynəlxalq tarixi.

"Best Managed Companies" mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABD, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.

"Deloitte" haqqında

"Deloitte" audit, vergi, hüquq və konsaltinq sahəsində peşəkar xidmətlər təklif etməklə, dünyanın aparıcı şirkətlərindən biridir. "Deloitte" Azərbaycan bazarında 20 ildən artıq müddətdə müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda "Deloitte Bakı" ofisində 200 nəfərə yaxın əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi