Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb

Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb Bu gün saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə kaset bombalarından istifadə edilməklə zərbələr endirilib
Biznes
2818
28 Oktyabr , 2020 15:23
Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb

Bu gün saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində “Yelo Bank” ASC-nin 2 əməkdaşı yaralanıb.

Bankdan “Report”a verilən məlumata görə, əməkdaşlardan birinin vəziyyəti ağır, digərinin isə qeyri-kafidir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi