Belçikada tütün məhsullarının reklamı qadağan edildi

Belçikada tütün məhsullarının reklamı qadağan edildi Belçikada 2021-ci ilin yanvar ayından etibarən bütün növ tütün məhsullarının reklamı qadağan edilib.
Biznes
5 Fevral , 2020 10:14
Belçikada tütün məhsullarının reklamı qadağan edildi

Belçikada 2021-ci ilin yanvar ayından etibarən bütün növ tütün məhsullarının reklamı qadağan edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin parlamenti yekdilliklə qəbul edib.

Qərara görə, 2021-ci ilin yanvarından sonra mağazaların qabağında və ya içərisində siqaret reklamları olmayacaq. 

Bundan başqa, nəqliyyat vasitələrində 18 yaşdan kiçik bir uşağın yanında siqaret çəkmək qadağan edilib.

Qeyd edək ki, qərarın ağciyər xərçənginin əsas səbəbi olan siqaret istifadəsini azaltmaq üçün qəbul edildiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi