Bakı. 20 iyun. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir.
"Report" xəbər verir ki, bu məqsədlə təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Rəqəmsal Marketinq – Bələdçi” mövzusunda seminar və eyniadlı kitabın təqdimatı təşkil edilib.
Seminarın əsas mövzusu rəqəmsal marketinq alətləri ilə ənənəvi reklam kanallarının fərqləri, ölkəmiz üçün ən optimal rəqəmsal marketinq platformaları, rəqəmsal marketinq strategiyalarının hazırlanma metodları və s. haqqında olmuşdur. Təqdimatı keçirilən kitab isə Azərbaycan dilində yazılan ilk rəqəmsal marketinq kitabıdır.
Seminar və təqdimat rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimov tərəfindən keçirilib. Pərviz Əzimov hazırda Portuqaliyanın Timwe şirkətində Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsində işləyir. O, həmçinin “Rəqəmsal Marketinq – Bələdçi” kitabının müəllifidir.
Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi
Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (