Başqırdıstanın biznes missiyası fevralda Azərbaycana gələcək

Başqırdıstanın biznes missiyası fevralda Azərbaycana gələcək Başqırdıstan müəssisələrindən ibarət biznes missiyası bu il fevralın ortalarında Azərbaycana səfər edəcək.
Biznes
26 Yanvar , 2022 10:28
Başqırdıstanın biznes missiyası fevralda Azərbaycana gələcək

Başqırdıstan müəssisələrindən ibarət biznes missiyası bu il fevralın ortalarında Azərbaycana səfər edəcək.

“Report” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, bu məsələ Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun Başqırdıstan Respublikasının İxraca dəstək Mərkəzi və Xarici Əlaqələr Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı müzakirə olunub.

Azərbaycana gələcək biznes missiyasında iştirak üçün müxtəlif sahələr, o cümlədən aviasiya məhsullarının, polimer qablaşdırmaların, yağların, kimyəvi reagentlərin, dənli bitkilərin və digər məhsulların istehsalı üzrə fəaliyyət göstərən 17 şirkətin müraciət etdiyi bildirilir.

Biznes missiyanın proqramına B2B görüşlər, Azərbaycanın müəssisələrinə səfərlər, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyində və Rusiyanın Azərbaycandakı İxrac Mərkəzində danışıqlar və məsləhətləşmələr daxildir.

Son xəbərlər

Orphus sistemi