Baş konsul: “Azərbaycanın iş adamları Acarıstana sərmayə qoymaqda maraqlıdırlar”

Baş konsul: “Azərbaycanın iş adamları Acarıstana sərmayə qoymaqda maraqlıdırlar” Rəşad İsmayılov Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan ilə görüşüb
Biznes
1 Dekabr , 2016 15:35
Baş konsul: “Azərbaycanın iş adamları Acarıstana sərmayə qoymaqda maraqlıdırlar”

Tbilisi. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan ilə görüşüb.

Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, görüşdə iqtisadi, ticari, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi, biznes sahəsində gələcək əməkdaşlıq planları barədə fikir mübadiləsi aparılıb.

O.Çalışkan baş konsul R.İsmayılova assosiasiyanın fəaliyyəti və onun üzvləri barədə geniş məlumat verib.

Baş konsul Azərbaycan investorlarının Acarıstan regionuna sərmayə qoymaqda maraqlı olduğunu bildirib.

Tərəflər gələcəkdə əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi