Baronessa Emma Nikolson: "Azərbaycanla Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur"

Baronessa Emma Nikolson: "Azərbaycanla Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur" Bakı. 29 may. REPORT.AZ/ Hazırda Böyük Britaniyanın Azərbaycanda 500-dən çox şirkəti fəaliyyət göstərir.
Biznes
29 May , 2018 18:46
Baronessa Emma Nikolson: Azərbaycanla Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur

Bakı. 29 may. REPORT.AZ/ "Hazırda Böyük Britaniyanın Azərbaycanda 500-dən çox şirkəti fəaliyyət göstərir".

"Report"un məlumatına görə, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi, baronessa Emma Nikolson Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2018” sərgisinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur: "Böyük Britaniya Azərbaycanda xüsusilə neft-qaz sahəsində ən böyük xarici investor olaraq qalır".

Son xəbərlər

Orphus sistemi