"Bank VTB" Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb

"Bank VTB" Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb Bakı. 7 mart. REPORT.AZ/ Rusiyanın Bank VTBsi törəmə investisiya şirkəti olan “VTB Kapital” vasitəsi ilə məşhur milyarder Roman Abramoviçin “Birinci kanal”da sahib olduğu 20%-lik səhm paketini alıb.
Biznes
7 Mart , 2019 16:40
Bank VTB Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb

Bakı. 7 mart. REPORT.AZ/ Rusiyanın "Bank VTB"si törəmə investisiya şirkəti olan “VTB Kapital” vasitəsi ilə məşhur milyarder Roman Abramoviçin “Birinci kanal”da sahib olduğu 20%-lik səhm paketini alıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbə bildirib. 

Onun sözlərinə görə, sövdələşmə ilə bağlı ətraflı məlumat yaxın vaxtlarda elan ediləcək. 

Bundan sonra "Bank VTB" və "Birinci Kanal”, eləcə də R.Abramoviçin nümayəndəsi Con Mann xəbəri təsdiqləyiblər. 

"Bank VTB"nin İdarə Heyətinin sədri Yuriy Solovyov bildirib ki, təmsil etdiyi maliyyə qurumu mütəmadi olaraq media sektorunu araşdırır: "Bu baxımdan, gəlir gətirən, Bankın inkişafına və bazar dəyərinin artmasına imkan verən, cəlbedici aktivləri nəzərdən keçiririk. “Birinci kanal” bazarda kifayət qədər aparıcı mövqeyə malikdir. Biz bu televiziya kanalının rəqəmsallaşma baxımından inkişafı üçün geniş imkanlarının olduğuna inanırıq". 

"Birinci kanal"ın səhmdarları arasında "Bank VTB" ilə yanaşı, Rusiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi (38,9%), "Milli Media Qrupu" (29%), TASS agentliyi (9,1%) və "Ostankino" televiziya mərkəzi (3%) də var.

Son xəbərlər

Orphus sistemi