Bakıda üç vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Bakıda üç vergi ödəyicisinin əmlakı siyahıya alınıb Siyahıya alınan əmlakın ümumi dəyəri 10 min manat təşkil edir
Biznes
15 Oktyabr , 2014 16:49
Bakıda üç vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Z.Bünyadov küçəsi,1965-ci məhəllədə yerləşən, “Kaspian Elektrik" MMC-yə məxsus “Kaspian” elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən, onun 3 641 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 3 800 manat dəyərində əmlak müvafiq qaydada siyahıya alınıb.

Vergi orqanı əməkdaşları tərəfindən Səbail rayonu, Niyazi küçəsi,5 ünvanında yerləşən “Ranel” MMC-yə məxsus “Tempur” yataq ləvazimatları mağazasında da əmlakın siyahıya alınması tədbirləri keçirilib. Müəssisənin 3 166 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə mağazadakı 3 200 manat dəyərində ortopedik matraslar və yataq dəstləri müvafiq qaydada siyahıya alınıb.

Əmlakın siyahıya alınması ilə bağlı daha bir tədbir Nəsimi rayonu, Nizami küçəsi,117 ünvanında yerləşən, Valid Telman oğlu İmanova məxsus “Konti” kafesində həyata keçirilib, Vergi ödəyicisinin 2 629 manat məbləğində borcunun ödənilməsi məqsədilə 2 700 manatlıq stol, stul və müxtəlif növ spirtli içkilər siyahıya alınıb.  

Son xəbərlər

Orphus sistemi