Bakıda ​Yaponiya mallarının sərgisi keçiriləcək

Bakıda ​Yaponiya mallarının sərgisi keçiriləcək Festivalda qonaqlar 40-dan çox şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsulları ilə tanış ola biləcək
Biznes
27 Oktyabr , 2014 17:51
Bakıda ​Yaponiya mallarının sərgisi keçiriləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Noyabrın 14-15-də Bakıda yaponiyalı iş adamları tərəfindən Yaponiya istehsalı mallarının sərgisi keçiriləcək. Bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbir saat 10:00-dan 17:00-dək Kiçik Karvansarayda ("Art Garden") təşkil olunacaq. Məlumata görə, festivalın məqsədi Yaponiya və Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Festivalda qonaqlar 40-dan çox şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsullarla tanış olacaq.

Sərginin birinci günü yalnız biznesmenlərin iştirakı nəzərdə tutulub, ikinci gün isə istənilən şəxs tədbirə gələ bilər.

Son xəbərlər

Orphus sistemi