Bakı. 4 mart. REPORT.AZ/ Son dövrlərdə "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
“Report” nazirliyə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "Baku Electronics" tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar "Baku Electronics"ə qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.