Bakı. 29 fevral. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. “Report” xəbər verir ki, bu məqsədlə təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Startap və Vergi Tənzimləməsi” mövzusunda seminar təşkil edilib.
Seminarın əsas mövzusu biznes təsis etmək üçün tələb olunan hüquqi proseslər, yeni yaranmış şirkətlər üçün vergi və mühasibatlıq işlərinin aparılması üçün olan qaydalar və yollar və bu kimi digər hüquqi tənzimləmələrlə bağlı olub. Seminarın məqsədi gənclərin öz bizneslərinə başlayarkən hüquqi baxımdan tələb olunan bütün işləri tam düzgün şəkildə həyata keçirə bilmələri üçün lazım olan bilikləri onlara çatdırmaq olub.
Təlim “Azor Academy” şirkətinin təsisçisi və rəhbəri Orxan Azaxov tərəfindən keçirilib.
Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan başqa şəxslər də iştirak edib.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi
Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (















