“Bakımexanizasiyanəqliyyat” səhmdarlarına hesabat verəcək

“Bakımexanizasiyanəqliyyat” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
5 May , 2017 09:10
“Bakımexanizasiyanəqliyyat” səhmdarlarına hesabat verəcək

Bakı. 5 may. REPORT.AZ/ İyunun 10-da, saat 11:00-da “Bakımexanizasiyanəqliyyat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 33A ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq ediməsi məsələsi və digər cari məsələlər daxildir.

Xatırladaq ki, “Bakımexanizasiyanəqliyyat” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 212 manatdır. 

Son xəbərlər

Orphus sistemi