Bakıda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi 718 min manata özəlləşdirilib

Bakıda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi 718 min manata özəlləşdirilib Bu gün ƏMDK dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni ilin ilk hərracını keçirib
Biznes
10 Yanvar , 2017 12:02
Bakıda yerləşən Araz Avtomotoservis Müəssisəsi 718 min manata özəlləşdirilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni ilin ilk hərracını keçirib. Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub - 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu obyektlərin hesabına dövlət büdcəsinə 1,1 mln. manat vəsait köçürüləcək. 

Qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. 

Özəlləşdirilən kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. 

Bu gün regionlarda da hərraclar baş tutub. Regionlarda keçirilən hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Binəqədi rayonunda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi olub. Bu müəssisə 717,6 min manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.

Paytaxtda özəlləşdirilən 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir.

Qeyd edək ki, hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış verilir.

Son xəbərlər

Orphus sistemi