Bakıda yeni “Toyota Prado” nümayiş olunub

Bakıda yeni “Toyota Prado” nümayiş olunub Komplektasiyadan asılı olaraq model 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur
Biznes
10 noyabr 2017 13:23
Bakıda yeni “Toyota Prado” nümayiş olunub
Report/ Elshan Baba

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakının Nardaran qəsəbəsindəki “Sea Breese” istirahət mərkəzində “Toyota Prado”nun yeni modelinin təqdimat mərasimi keçirilib. 

"Report” xəbər verir ki, tədbiri “Toyota”nın Qafqaz üzrə prezidenti Mitsui Konişi açıb.

“Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri Nərgiz Abbasova çıxışında mərkəzin Azərbaycandakı fəaliyyətindən danışıb. N.Abbasova deyib ki, “Toyota Bakı Mərkəzi” Bakıda 2006-cı ildə açılıb və noyabrın 11-də 11 ili tamam olacaq. Onun sözlərinə görə, şirkətin Bakı və Gəncədə satış salonları mövcuddur.

Təqdimatda həmçinin “Toyota Abşeron Mərkəzi”nin satış müdiri Elşən Əhmədov da çıxış edib. Onun sözlərinə görə, test etdiyi yeni avtomobil gözləntilərini üstələyib.

Məlumata görə, hazırda “Toyota Prado” öz sinfində dünya üzrə liderdir. Məhz Azərbaycan bazarının 20%-nə bu avtomobil nəzarət edir.

Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni dizaynda cihazlar paneli özündə 8 düyüm olan Toyota Touch 2 multi-media sistemi, Optitron spidometri və 4,2 düyümlük multi-informasiya displeyini birləşdirir.

Yeni “Prado” Azərbaycanda 8 komplektasiyada təklif olunur və onun sürət qutusu 5 və 6 pilləli avtomat müəyyən olunub.

Komplektasiyadan asılı olaraq model 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.

Tədbirin sonunda media nümayəndələri “Toyota Prado”nu yolsuzluq şəraitində sürüb, sınaqdan çıxarıblar.

Son xəbərlər

Orphus sistemi