Bakıda yeni “Range Rover Evoque” avtomobili təqdim edilib

Bakıda yeni “Range Rover Evoque” avtomobili təqdim edilib Orijinal lüks kompakt yolsuzluq avtomobili olan “Range Rover Evoque” daha da təkmilləşib. Özünü həm şəhərdə, həm də şəhərdən kənarda evindəki kimi hiss edən yeni Evoque modeli hibrid-elektrik mühərrikləri seçimi ilə Range Rover ailəsinə qoşulur.
Biznes
13 May , 2019 12:39
Bakıda yeni “Range Rover Evoque” avtomobili təqdim edilib

Orijinal lüks kompakt yolsuzluq avtomobili olan “Range Rover Evoque” daha da təkmilləşib. Özünü həm şəhərdə, həm də şəhərdən kənarda evindəki kimi hiss edən yeni Evoque modeli hibrid-elektrik mühərrikləri seçimi ilə "Range Rover" ailəsinə qoşulur.

Lüks kompakt SUV bazarına təqdim edilmiş, dünya üzrə satışları 772 096-nı keçmiş və 217-dən çox beynəlxalq mükafata layiq görülmüş yeni “Range Rover Evoque” orijinal avtomobilin mürəkkəb təkamülündən ibarətdir. Misilsiz “Range Rover” irsini müasir texnologiyalarla bir araya gətirən, Britaniyada dizayn edilmiş, layihələndirilmiş və istehsal edilmiş bu avtomobil müasir müştərilərin ehtiyaclarını qarşılayır.

“Jaguar Land Rover” şirkətinin qlobal marketinq direktoru Finbar Makfall avtomobillə bağlı fikirlərini bölüşüb:

"Biz səkkiz il öncə bazarın yeni seqmentini yaratdıq və dünya bizdən nümunə götürdü. İndi biz lüks kompakt yolsuzluq avtomobili anlayışını kökündən dəyişmişik. Əsasında dizayn və imkanların dayandığı, ən son texnologiyalarla təchiz edilmiş yeni “Range Rover Evoque” ehtiyaclarınızı heç vaxt olmadığı kimi qarşılayır və şəraitdən asılı olmayaraq istədiyiniz yerə getməyinizə imkan verir."

Orijinal avtomobilin tanınmış dizaynına əsaslanan yeni “Range Rover Evoque” “Range Rover” ailəsinə xas olan gözoxşayan səlis dam xətti və yuxarı doğru uzanan orta üfüqi xətti ilə seçilən fərqli kupe şəkilli siluetə malikdir.

Avtomobilin mükəmməl həcmi və proporsiyaları onun 21 düymlük disklərlə bir araya gələrək güclü və dinamik ab-hava yaradan gözəçarpan kənar xətləri və böyük təkərüstü oyuqları ilə birlikdə gözoxşayan təəssürat bağışlayır.

Ultra-nazik Matrix LED əsas fənərlər kimi qiymətli elementlər avtomobilin ön və arxa işıqlarının qrafikasını daha mürəkkəb edir. Gizlədilmiş qapı dəstəkləri avtomobilin səlis, hamar görünüşünə rəng qatır, axarlı istiqamət göstəriciləri isə brendin nişanını formalaşdırır. Əlavə olaraq təqdim edilən “R-Dynamic” detalları və cilalanmış mis aksentlər avtomobilə təkrarolunmaz cazibə qazandırır.

Avtomobilin daxilində əsaslı şəkildə düşünülmüş dizayn lakonik səthləri və sadə xətləri diqqətlə seçilmiş premium materiallarla bir araya gətirərək lüks, minimalist və rəqəmsal kabinə yaradır. Dəri materialların premium alternativi olaraq Kvadrat yun qarışığı və Dinamica® zamşası, habelə Eucalyptus və Ultrafabrics™ materialları kimi təkrar emal edilmiş plastikin istifadə edildiyi texniki parçalar təklif olunur. Kabinə sərnişinlərin rahatlığı, sağlamlığı və xoşbəxtliyini təmin edən sakit və rahat dizayna malikdir. Kabinədə yeni, daha sürətli proqram təminatından istifadə edilən qoşa sensor ekranlı Touch Pro Duo sistemi, 16 mövqeli oturacaqlar və geniş daxili məkanı tamamlayan hava ionlaşması sistemi var.

Land Rover şirkətinin baş dizayn direktoru Cerri Makqovern SUV haqqında binları bildirib: "Range Rover Evoque 2010-cu ildə debüt etdikdə kompakt yolsuzluq avtomobilləri dünyasını dəyişmişdi. Yeni model də xələfinin bu təkrarolunmaz yolunu davam etdirəcək. Bu güclü xarakterə malik avtomobil baş gicəlləndirən və insanı gülümsəməyə vadar edən zəriflik və əyləncəni özündə birləşdirir."

Avtomobilin sahəsi, demək olar ki, dəyişməyib, lakin hazırkı model Land Rover-in yeni qarışıq materiallı Premium Transverse Architecture həllinə əsaslandığından, daxili məkan əvvəlkindən daha genişdir. Uzun təkər bazası arxa sərnişinlər üçün yerin 20 mm artmasını və kiçik əşyalar üçün saxlanc yerinin daha geniş olmasını təmin edir. İndi daha geniş əlcək qutusu və mərkəzi qutuda planşetlər, əl çantaları və butulkaları asanlıqla saxlamaq mümkündür. Yük yeri 10% daha böyük (591 litr) və daha genişdir. Bura yığılmış uşaq arabası və ya qolf çubuqları dəstini rahatlıqla yerləşdirə bilərsiniz. Üstəlik ikinci sıradakı yığılan 40:20:40 oturacaqlar qatlandıqda yük yerinin tutumu 1383 litrə qədər artır.

Avtomobilin yeni dizaynı 48 voltluq yüngül hibrid motorla elektrikləşmə üçün hazırlanıb. Bundan başqa, təqribən 12 ay sonra enerji mənbəyinə qoşula bilən hibrid modeli də təklif ediləcək. Yüngül hibrid güc ötürməsi “Land Rover” avtomobillərində ilk dəfə istifadə olunur və mühərrikə quraşdırılmış kəmər ötürücülü işəsalma generatorunun sayəsində sürətin azalması zamanı bir qayda olaraq itirilən enerjini toplayaraq və onu döşəmənin altındakı akkumulyatorda saxlayaraq işləyir. 17 km/saatdan (11mph) aşağı sürətdə hərəkət zamanı sürücü əyləci basdığı halda mühərrik sönür. Avtomobil hərəkətə başlayarkən saxlanılan enerji mühərrikin sürət yığması və yanacaq sərfiyyatını azaltmaq üçün istifadə edilir. Nəticə intensiv hərəkət zamanı səlis, sakit və səmərəli ötürücü və effektivliyin artırılmasıdır.

Dörd silindrli Ingenium benzin və dizel mühərrikləri ilə təqdim edilən yüngül hibridlərin CO2 emissiyaları cəmi 149 q/km, yanacaq sərfiyyatı isə 50,4 mpg (5,6 l/100 km) təşkil edir (NEDC Ekvivalent sınaq prosedurlarına əsasən). Müştəri qabaq ötürücülü 150PS dizel mühərrikini seçdiyi halda avtomobilin karbon qazı emissiyaları cəmi 143 q/km həddində olur. Növbəti il məhsul çeşidinə daha böyük effektivliyə malik enerji mənbəyinə qoşula bilən hibrid elektrik avtomobili (PHEV) modeli və üç silindrli benzin Ingenium mühərriki də əlavə ediləcək. Rəsmi diler "Avtolüks Azərbaycan" müştərilərə yeni "Range Rover Evoque" modelinin 2.0 l həcmli 250 at gücünə malik mühərriklə təchiz olunmuş versiyasını təklif edir.

Hər qarışı ilə Range Rover avtomobili olan kompakt SUV bütün hava şərtlərində hər yerə hərəkət etmək imkanı verir. Yeni Evoque Tam Ötürücülü İdarəetməyə, habelə effektivliyin artırılması üçün "Driveline Disconnect"ə malik ikinci nəsil Aktiv Transmissiyaya və rahatlıq və manevretmə qabiliyyətinin optimal tarazlığını təmin etmək üçün Adaptiv Dinamiklərə malikdir. "Terrain Response 2" ilk dəfə tam ölçülü “Range Rover” avtomobillərində istifadə edilən texnologiyadır. O, avtomobilin hərəkət etdiyi səthi avtomatik olaraq müəyyən edir və parametrləri müvafiq şəkildə tənzimləyir. Bunun sayəsində Evoque hazırda 600 mm-dək sudan keçə bilir (əvvəl 500 mm idi).

“Range Rover” avtomobillərinə xas olan sürücünün yüksək mövqeyi seqmentdə bir ilk olan, HD video ekranına çevrilən "ClearSight" arxa görünüş güzgüsünün sayəsində rəqəmsal eraya da gəlib. Sərnişinlər və ya iri əşyalar arxaya görünüşün qarşısını kəsirsə, sürücü sadəcə güzgünün aşağı hissəsindəki düyməni basır və avtomobilin yuxarısındakı kamera avtomobilin arxasını yüksək əksetmə qabiliyyəti ilə nümayiş etdirir. Ekran geniş (50 dərəcəlik) görünüş sahəsi və ala-qaranlıq şərtlərdə yüksək görüntü imkanları təmin edir.

Yeni "Range Rover Evoque" kapotun görünüş sahəsində olmamasını təmin edən "Ground View" texnologiyasına malik olan ilk avtomobildir. Bu texnologiya kameradakı görüntünü yuxarıdakı sensor ekrana proyeksiya edərək sürücüyə avtomobilin qabaq aşağı hissəsinə 180 dərəcəlik görüş sahəsi verir. Bu texnologiya avtomobil çətin yerlərdə dayandırarkən, şəhər mərkəzində səkinin kənarı ilə hərəkət edərkən və ya kələ-kötür ərazilərdə səfər edərkən çox faydalıdır və "Land Rover" tərəfindən 2014-cü ildə nəzərdən keçirilmiş "Transparent Bonnet" texnologiyasının reallaşdırılmış formasıdır.

“Jaguar Land Rover” şirkətinin məhsulların layihələndirilməsi üzrə icraçı direktoru Nik Rocers qeyd edib ki, avtomobillərin əsasında mühəndislik və texniki inqilab durur:

“Avtomobilin tam yeni dizaynı həm enerji mənbəyinə qoşula bilən, həm də yüngül hibrid sistemlərə əsaslana bilər. Bu zaman korpusda yalnız qapı petlələri olduğu kimi qalır. Sərt xətlərə malik kuzovdan maksimum səviyyədə istifadə etmək üçün əhəmiyyətli şəkildə dəyişdirilmiş şassi "Range Rover" avtomobillərinə xas olan rahat və səlis səfər təcrübəsini təmin edir."

"İndi Evoque həmişəkindən daha ağıllıdır. Məlumat-əyləncə sistemimizin əsasında duran proqram təminatı müştərilərin daha intuitiv idarəetmə imkanlarına sahib olması üçün təkmilləşdirilmişdir. Bundan başqa, biz smartfonların avtomobilə maneəsiz qoşulması üçün "Apple CarPlay" və "Android Auto" sistemlərini də əlavə etmişik.

Evoque sürücünün seçimlərini öyrənmək üçün süni zəka alqoritmlərindən istifadə edən və bort köməkçisi kimi hərəkət edən Ağıllı Parametrlərə malik olan ilk "Land Rover" avtomobilidir. Evoque oturacağın mövqeyi, musiqi və iqlim parametrləri ilə yanaşı, sürücünün rahatlığını artırmaq üçün sükan sütununu da idarə edə bilər.

“Jaguar Land Rover” şirkətinin Evoque modelinin yaradılması və istehsalına 1 mlrd. dollar sərmayə qoyması Birləşmiş Krallığın avtomobil sənayesini dəstəkləyir. Bura şirkətin Britaniyada, Heylvud, Mersisaydda yerləşən istehsal zavodunda müasir istehsal kompleksinin yaradılması üçün sərf etdiyi 110 milyon dollar vəsait də daxildir.

Sürücülər avtomobilin bütün funksiyalarından yalnız təhlükəsiz şərtlərdə istifadə etməlidir. Bundan əlavə onlar avtomobilin hər zaman tam nəzarət altında olmasından əmin olmalıdır.

“Range Rover Evoque” üçün rəsmi NEDC Ekvivalent (NEDCeq) yanacaq sərfiyyatı mpg (l/100 km) ilə Qarışıq tsikl üçün 5,4 – 8,1 l/100km (52,3 – 34,9mpg) təşkil edir. CO2 Emissiyaları: 143 – 186 q/km. Burada göstərilmiş rəqəmlər Avropa İttifaqının qanunvericiliyinə əsasən rəsmi istehsalçı tərəfindən həyata keçirilmiş Yüngül Nəqliyyat Vasitələrinin Uyğunlaşdırılmış Sınaqlarının Ümumdünya Tsikli sınaqlarının NEDCeq əsasında hesablanmış nəticəsidir. Yalnız müqayisə üçün təqdim edilib. Real rəqəmlər fərqli ola bilər. CO₂ və yanacağa qənaət göstəriciləri təkərin təchizatından və quraşdırılmış əlavə avadanlıqlardan asılı olaraq dəyişə bilər.

“Range Rover Evoque”un rəsmi dileri “Avtolüks Azərbaycan” şirkətidir.

“Avtolüks Azərbaycan” MMC-nin əsası dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə qoyulub. Şirkət ilk öncə milyonların arzusu olan “Ferrari” brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlayıb. Hal hazırda Azərbaycan Avtomobil bazarının əsas oyunçularından olan şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Avtomobili Lamborghini və Collezione Automobili Lamborghini brendləri olub. Brend sıralamasını “Aston Martin” ilə davam etdirən Avtolüks Azərbaycan 2017-ci ildə “FCA Group”a aid olan digər 7 brendin – “Abarth”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Fiat Professional” və “Jeep”in də rəsmi təmsilçisinə çevrilib. 2019-cu ildən şirkət həm də “Jaguar” və “Land Rover” markalarının ölkəmizdə rəsmi distribütorudur. 

Son xəbərlər

Orphus sistemi