Bakıda yeni "Land Rover Discovery" avtomobilinin təqdimatı keçirilib - FOTO

Bakıda yeni "Land Rover Discovery" avtomobilinin təqdimatı keçirilib - FOTO Yeni "Discovery Sport"un qiyməti 55 min manatdan başlayır
Biznes
25 Aprel , 2015 14:45
Bakıda yeni Land Rover Discovery avtomobilinin təqdimatı keçirilib - FOTO

Bakı. 25 aprel. REPORT.AZ/ "Chrystal Motors" şirkətinin rəsmi idxalçısı olduğu "Land Rover" brendinə aid yeni avtomobil modelinin Bakıda təqdimatını keçirib. Təqdimat "Land Rover" və "Jaguar" markalarının rəsmi satış avtosalonlarında baş tutub.

“Report” xəbər verir ki, təqdimatda avtosalonun daimi müştəriləri iştirak ediblər. "Chrystal Motors"un nümayəndəsinin məlumatına görə, yeni model bazara "Freelander” modelinin məntiqi əvəzləyicisi kimi çıxarılıb. Təntənəli təqdimat mərasiminin ardından qonaqlar avtomobilin interyeri ilə yaxından tanış olublar.

Bu "Land Rover Discovery Sport" modelinin Azərbaycan bazarında satış qiyməti 55 min manatdan başlayır. Benzinlə işləyən bu modelin yalnız mühərrikinin həcmi 2 litr olan versiyası təklif olunur. Alıcılar istəyinə görə ağ və qara rəngdə avtomobil seçə bilərlər. Avtomobil 240 at gücünə malikdir. Dəri salon və ayaqaltı xalça rəngləri də avtomobilin rənginə görə dəyişə bilər və iki dam örtüyü rəngi təklif olunur.

Son xəbərlər

Orphus sistemi