Bakıda sosial sahibkarlığın inkişafına dair yekun seminar keçirilir

Bakıda sosial sahibkarlığın inkişafına dair yekun seminar keçirilir Bakıda "Azərbaycanda sosial sahibkarlıq siyasəti: Sosial müəssisələrin dəstəklənməsi üçün siyasət və ekosistem tövsiyələri" mövzusunda seminar keçirilir.
Biznes
28 Sentyabr , 2022 13:22
Bakıda sosial sahibkarlığın inkişafına dair yekun seminar keçirilir

Bakıda "Azərbaycanda sosial sahibkarlıq siyasəti: Sosial müəssisələrin dəstəklənməsi üçün siyasət və ekosistem tövsiyələri" mövzusunda seminar keçirilir.

“Report” xəbər verir ki, seminarın təşkilatçıları qismində Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (UNDP) çıxış edir.

Tədbirdə sosial sahibkarlıq üzrə beynəlxalq ekspert Lana Lovaşiç, UNDP-nin Azərbaycandakı daimi əlaqələndiricisinin müavini Çaru Bista, hökumət nümayəndələri, ayrı-ayrı ekspertlər və investorlar, sosial sahibkarlar, innovasiya və akselerasiya laboratoriyaları iştirak edirlər.

"Azərbaycanda sosial sahibkarlığın inkişafının ilkin mərhələdə olduğu indiki mərhələdə bir çox şirkətlər bəzi problemlərlə üzləşir. Azərbaycan hökuməti bu cür sahibkarlığın inkişafında, eləcə də sosial müdafiənin dəstəklənməsində aparıcı rol oynayır. Biz bu tendensiyanı müşahidə etməkdən məmnunuq”, - Ç.Bista bildirib.

Seminarda sosial sahibkarlığın inkişafı layihəsini təmsil edən Lana Lovasiç bildirib ki, ilkin mərhələdə olmasına baxmayaraq, Azərbaycanda bu növ sahibkarlığın inkişaf göstəriciləri Türkiyə ilə demək olar ki, bərabərdir.

Onun sözlərinə görə, sosial sahibkarlıq Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün xüsusi əhəmiyyət kəsb edir: "Kifayət qədər maliyyə ayrılarsa, ölkə bu sahədə çox nailiyyətlər əldə edə bilər. Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiyasında ekosistem və sosial sahibkarlıq məsələlərinin öz əksini tapması məni sevindirir. Bu ilin aprel ayından etibarən ölkədə sosial sahibkarlıq ekosistemini nəzərdən keçirməyə başlamışıq. Bu ekosistemin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və onun inkişafı üçün tövsiyələr verilib".

Son xəbərlər

Orphus sistemi