Bakıda sahibkarlar üçün təlim keçirilib

Bakıda sahibkarlar üçün təlim keçirilib Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün təlim keçirilib.
Biznes
16 Mart , 2018 18:36
Bakıda sahibkarlar üçün təlim keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün təlim keçirilib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, "Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviqi üzrə müəyyən edilmiş tədbirlərin icrasına həsr edilmiş təlimdə iştirakçılar biznesin təşkili və səmərəli idarəsi, brendləşmə, malların gömrük rəsmiləşdirilməsi və s. məsələlər barədə məlumatlandırılıb. 

Tədbirdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi