​Bakıda Monteneqronun biznes imkanları təqdim olunub

​Bakıda Monteneqronun biznes imkanları təqdim olunub Fəxri konsul: "Azərbaycanla Monteneqro arasında əlaqələrin inkişafına boyük önəm verilir"
Biznes
15 May , 2015 21:25
​Bakıda Monteneqronun biznes imkanları təqdim olunub

Bakı. 15 may. REPORT.AZ/ Bakıda Monteneqronun Azərbaycandakı fəxri konsulluğu və “Montro Engineering” Holdinqinin dəstəyi ilə “Monteneqronun tanıtımı”, “Turizm potensialı” və “Monteneqroya investisiya” mövzusunda iclas və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

"Report"un Monteneqronun Azərbaycandakı fəxri konsulluğuna istinadən verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, ictimai xadimlər, iş adamları ve monteneqrolu tələbələr iştirak ediblər.

Tədbiri fəxri konsul Vüqar Əliyev açaraq iki ölkə arasında əlaqələrin inkişafına hər iki ölkə rəhbərləri tərəfindən boyük önəm verildiyini, ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda bir sıra Monteneqro şirkəti uğurla fəaliyyət göstərir, ticarət əlaqələri genişlənir.

Daha sonra Monteneqrodan olan iş adamları ölkələri haqqında təqdimat ediblər. Tədbir ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərin müzakirəsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi