​Bakıda milli marketinq forumu keçiriləcək

​Bakıda milli marketinq forumu keçiriləcək Forum mayın 27-28-də baş tutacaq
Biznes
9 May , 2016 11:39
​Bakıda milli marketinq forumu keçiriləcək

Bakı. 9 may. REPORT.AZ/ May ayının 27-28-də Bakıda IV Milli Marketinq Forumu keçiriləcək. “Report” xəbər verir ki, “Böhrandan yeni dövrana” mövzusunda təşkil edilən forumda ölkə iqtisadiyyatının böhran dövrlərində marketinq sahəsində necə mübarizə aparıldığı, biznesdən necə istifadə etmək lazım olduğu və çətin vəziyyətdən yeni dövrana çıxmaq yolları barədə müzakirələr aparılacaq.

Bu il keçirilən forum biznes sahəsinə daha yaxın olacaq. Forumun əsas məqsədi marketinqə kənardan baxmaqla, biznesi böhrandan çıxarmaq üçün öz peşələrində uğur qazananların təcrübəsini tədbir iştirakçıları ilə bölüşməkdir.

Tədbirdə “Böhran dövründə marketinq strategiyası”, “Marketinq kommunikasiyaları”, “Bloqçuluq və rəy liderliyi”, “Milli keyslər”, “Rəqəmsal marketinq”, “Şəxsi brendinq” mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, forum "Marketing AİR", "Facemark.az" və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan "Facemark.tv" komandasının təşkilatçılığı ilə keçirilir. Tədbirdə 260 nəfərin iştirakı nəzərdə tutulub. Eyni zamanda, iki gün davam edəcək forumda 30 nəfər spikerin çıxışı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi