Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb

Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb Direktor: "Marketlərin bağlanması ticarətin zəifləməsi və son zamanlar ziyanla işləməyimizlə bağlıdır”
Biznes
13 Yanvar , 2017 15:20
Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

"Report”un məlumatına görə, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir.

Marketlərdə olan mallar isə başqa yerlərə daşınır. 

Faktı "Report"a təsdiqləyən "Lider-AS" supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb. 

O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb: "Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb".

İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi