Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycana xarici investorları cəlb etmək və mikromaliyyə sahəsində yeni xidmət sahələrini təqdim etmək məqsədilə oktyabrın 9-da Bakıda IV İnvestorlar Yarmarkasının keçirilməsi planlaşdırılır. Tədbirin əsas təşkilatçısı qismində Azərbaycan Mikromaliyyə Assosiasiyası çıxış edir.
"Report" xəbər verir ki, bir gün davam edəcək tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçıları, qeyri-bank kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənlir. Bundan əlavə, ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.
Konfrans iki dildə (azərbaycan-ingilis, ingilis-azərbaycan) keçiriləcək. Hər iki dilə sinxron tərcümə təmin ediləcək.