Bakıda “İnfluencer” platforması - “Keepface” tədbiri keçirilib

Bakıda “İnfluencer” platforması - “Keepface” tədbiri keçirilib Tədbirin təşkilatçısı “Keepface DMCC”, baş sponsoru “Dreamland Baku Golf Villas & Residences” olub
Biznes
30 Sentyabr , 2017 14:26
Bakıda “İnfluencer” platforması - “Keepface” tədbiri keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Orta Asiya və Qafqaz regionunu əhatə edən ilk və yeganə “İnfluencer” platforması - “Keepface” adlı ilk tədbirini keçirib.

"Report" xəbər verir ki, tədbir “Dreamland” yaşayış və əyləncə kompleksində işə başlayıb.

Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərin rəhbər şəxsləri, informasiya agentliklərinin nümayəndələri, mətbuatda və sosial mediada nüfuz qazanmış, maraqlı kontent yaratmaqla izləyiciləri tərəfindən sevilən “influencer”lər bir araya toplaşıblar.

Tədbirin təşkilatçısı “Keepface DMCC”, baş sponsoru “Dreamland Baku Golf Villas & Residences”dir. Tədbirin digər sponsorları “Bakcell”, “Chelebi”, “Hooki Cafe”, “AzGranata”, “Vitam” və “Trade Mark Leo Burnett” şirkətləridir.

Son xəbərlər

Orphus sistemi