Bakıda françayzinq forumu və sərgisi keçirilir

Bakıda françayzinq forumu və sərgisi keçirilir Bu gün Bakıda İqtisadiyyat Nazirliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan Beynəlxalq Françayzinq Forumu və Sərgisi işə başlayıb.
Biznes
4 Mart , 2020 10:48
Bakıda françayzinq forumu və sərgisi keçirilir

Bu gün Bakıda İqtisadiyyat Nazirliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan Beynəlxalq Françayzinq Forumu və Sərgisi işə başlayıb.

"Report" xəbər verir ki, 2 gün davam edəcək tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov açıb.

“Francayzinq dünyada geniş yayılıb. Bugünkü forum və sərgi sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına imkan yaracaq”, - o deyib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, foruma və sərgiyə aparıcı francayzinq şirkətləri dəvət edilib və məqsəd iqtisadiyyata investisiyaların cəlb olunmasıdır. 

"Tədbirin belə bir formatda təşkil olunmasında məqsəd franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, habelə françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirməkdir. Sahibkarları dəstəkləyən, onların rəqabət qabiliyyətinin yüksəldilməsində maraqlı olan KOBİA, məhz belə bir mövzuda beynəlxalq forumun ölkəmizdə keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Hesab edirik ki, ölkəmizdə ilk dəfə reallaşan bu tədbir, sahibkarların marağına səbəb olmaqla ənənəvi keçiriləcək, həmçinin, yerli və xarici sahibkarlar arasında işgüzar əməkdaşlığın və B2B kontaktların səmərəli qurulması baxımından olduqca əmiyyətli platformaya çevriləcək.

Dövlət orqanlarının, yerli və xarici özəl sektor nümayəndələrin, müxtəlif sahələri əhatə edən sahibkar və investorların bir məkanda toplanması KOB subyektlərinin ən dinamik inkişaf edən komponenti olan françayzinqin dəstəklənməsi istiqamətində dövlət siyasəti və dünya təcrübəsinin geniş müzakirəsi üçün dialoq qurulmasına imkan verir", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi