​Bakıda əsassız qiymət artımına görə iki market cəzalandırılıb

​Bakıda əsassız qiymət artımına görə iki market cəzalandırılıb Kassa aparatının yaddaşında olan qiymətlərlə malların yarlığında göstərilən qiymətlər fərqli olub
Biznes
2 Mart , 2015 18:07

Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.

“Report” nazirliyin məlumatına istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus “Ümid” marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanıb, bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Qeyd edək ki, əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi