Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib
Biznes
14 Aprel , 2015 16:35
Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

14 aprel. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı “İdarə heyətinin formalaşdırılması” mövzusunda növbəti təlim keçirilib. “Report” Nazirliyin məlumatına əsaəsn xəbər verir ki, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak ediblər.

Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyi korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə şirkətin icra orqanının rolu və səlahiyyətləri, onun növləri, habelə icra orqanı üzvlərinin hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.

Təlim çərçivəsində icra orqanı institutu ilə bağlı mövcud beynəlxalq təcrübə barədə məlumat verilib.

Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, tədbirlər Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun keçirilir.

Son xəbərlər

Orphus sistemi