Bakıda Dağıstan məhsullarından ibarət sərgi açılacaq

Bakıda Dağıstan məhsullarından ibarət sərgi açılacaq Dağıstan məhsulları Azərbaycanın paytaxtında - Bakı şəhərində hökumət binasının yaxınlığındakı sərgidə təqdim olunacaq. Onun açılışı Dağıstan sahibkarlarının Azərbaycana işgüzar missiyası zamanı, payızda planlaşdırılır.
Biznes
31 İyul , 2022 21:39
Bakıda Dağıstan məhsullarından ibarət sərgi açılacaq

Dağıstan məhsulları Azərbaycanın paytaxtında - Bakı şəhərində hökumət binasının yaxınlığındakı sərgidə təqdim olunacaq. Onun açılışı Dağıstan sahibkarlarının Azərbaycana işgüzar missiyası zamanı, payızda planlaşdırılır.

"Report" xəbər verir ki, bunu TASS-a Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.

Ruslan Abaskuliyev qeyd edib ki, sərginin açılışı payızda baş tutacaq. “Açılış oktyabrda Dağıstan sahibkarlarının Azərbaycanda biznes missiyası çərçivəsində baş tutacaq”, - Abaskuliyev bildirib.

Onun sözlərinə görə, sərgidə düyü, şirələr və digər məhsullar nümayiş etdiriləcək. Sərgi salonunda həmçinin regionda istehsal olunan tikinti materialları və İT inkişafları nümayiş olunacaq. Bundan əlavə, ziyarətçilər temperatur saxlama şəraitinin xüsusiyyətlərinə görə salonda yerləşdirilə bilməyən brend məhsulları nümayiş etdirən kataloqlarla tanış ola biləcəklər. Eyni zamanda sərgidə Dağıstanın turizm və investisiya potensialına həsr olunmuş videoçarxın nümayişi üçün ekran yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi