Bakıda Çin şirkəti ilə 3 müqavilə imzalanıb - ƏLAVƏ OLUNUB

Bakıda Çin şirkəti ilə 3 müqavilə imzalanıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 10:17-də verilib
Biznes
117
20 Sentyabr , 2019 10:33
Bakıda Çin şirkəti ilə 3 müqavilə imzalanıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 10:17-də verilib

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Çinin Maşınqayırma Sənayesi Korporasiyasınin (SİNOMACH) tabeliyində fəaliyyət göstərən CAMCE şirkətinin prezidenti, Korporasiyanın bazar araşdırmaları üzrə direktoru Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sənaye, o cümlədən tikinti, eləcə də xidmət və maliyyə sektorlarında Çin kapitalı 119 şirkət fəaliyyət göstərir.

***

Görüş çərçivəsində CAMCE şirkəti ilə 3 sənəd imzalanıb. Bunlar İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Anlaşma Memarandumları, eləcə də "AS Group İnvestment" MMC ilə mühəndislik, inşaat və təchizat müqaviləsidir. 

Son xəbərlər

Orphus sistemi