Bakıda “Azeri Business Award 2016" mükafatının təqdimatı keçirilib

Bakıda “Azeri Business Award 2016" mükafatının təqdimatı keçirilib Fransanın Azərbaycandakı səfiri və Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin nümayəndəsi mükafatın laureatları olub
Biznes
15 Dekabr , 2016 13:11
Bakıda “Azeri Business Award 2016 mükafatının təqdimatı keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda "Business Time" jurnalının təltif etdiyi 2016-cı il üzrə "Azeri Business Award" biznes sahəsində illik Milli mükafatın təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu il "Azeri Business Award" mükafatının təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV nümayəndələrini öz ətrafında toplayıb.

Mərasimdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə, fərdi mükafata Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe layiq görülüb. Bundan başqa, ölkə xaricində Azərbaycan mədəniyyətinin və ənənələrinin təbliğinə verdiyi töhfələrə görə, mükafatı Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin nümayəndəsi Nərgiz Məmmədova qazanıb. Həmçinin, digər fəaliyyət sahələrində də mükafatlar təqdim olunub.

Qeyd edək ki, mükafatlandırma mərasimindən əvvəl müəssisələrin, "Azeri Business Award" laureatlarının əmtəə və xidmətlərinin sərgi-təqdimatı keçirilib. 

Həmçinin, tədbir çərçivəsində azərbaycanlı dizayner Oksana Barxatovanın moda nümayişi və "Audi RS7" idman avtomobilinin təqdimatı təşkil edilib. 

“Azeri Business Award” 2016 mükafatı “Adjara Casino”nun (Gürcüstan Tbilisi) sponsorluğu ilə keçirildi. Tədbirin təfədaşları isə “Castrol Azerbaijan” və “Audi Azerbaijan” şirkətləri idi.

Son xəbərlər

Orphus sistemi