Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək

Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək Tədbirin məqsədi Yaponiya və Azərbaycan arasında biznes əlaqələrini genişləndirməkdir
Biznes
11 Noyabr , 2014 17:41
Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabr ayının 14-15-də Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək.

"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin rəhbəri Təranə Hüseynova "Report"a bildirib ki, tədbirdə Yaponiyanın səhiyyə, kosmetika, qida sənayesi sahələrində fəaliyyət göstərən 40-a yaxın şirkətinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan biznes dairələrinin nümayəndələri, eləcə də Yaponiyanın iqtisadiyyat sahəsində eksperti Kazuyaşi İşida iştirak edəcək. 

T.Hüseynovanın sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Yaponiya və Azərbaycan arasında biznes əlaqələrini genişləndirməkdir. O bildirib ki, Azərbaycan-Yaponiya biznes festivalının Tokioda da keçirilməsi planlaşdırılır. 

Sədr əlavə edib ki, tədbir Yaponiya şirkətlərinin TAP, TANAP, "Khazar Islands" və s. layihələrə cəlb olunmasına yönəlib.  

Son xəbərlər

Orphus sistemi