Niyazi Səfərov: “Azərbaycanın Türkiyə ilə əməkdaşlığında ticarət sahəsinin inkişaf etdirilməsi mühümdür”

Niyazi Səfərov: “Azərbaycanın Türkiyə ilə əməkdaşlığında ticarət sahəsinin inkişaf etdirilməsi mühümdür” “Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 2,7 milyard ABŞ dollarına çatıb”.
Biznes
10 Oktyabr , 2019 10:37
Niyazi Səfərov: “Azərbaycanın Türkiyə ilə əməkdaşlığında ticarət sahəsinin inkişaf etdirilməsi mühümdür”

“Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 2,7 milyard ABŞ dollarına çatıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, iki ölkə arasında eyni standartların tətbiqi ilə bağlı tədbirdə azərbaycanlı nazir müavini Niyazi Səfərov deyib.

“Türkiyə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında münasibətlər inkişaf edib, investisiyaların təşviqi sahəsində mühüm işlər görülüb. Əməkdaşlıqda ticarət sahəsinin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi