Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb.
Biznes
13 Noyabr , 2018 15:10
Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

O bildirib ki, biznes-forum ikitərəfli iqtisadi əlaqələrin inkişafına xidmət edir.

Nazir Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələr, o cümlədən Slovakiya ilə ticarət dövriyyəsinin artdığını vurğulayaraq ölkədə 11 Slovakiya şirkətinin dövlət qeydiyyatından keçdiyini deyib. O, Azərbaycanda bütün sahələrdə biznes fəaliyyəti üçün əlverişli şərait yaradıldığını qeyd edib və Slovakiya şirkətlərini ölkə iqtisadiyyatına pul qoymağa çağırıb.

Son xəbərlər

Orphus sistemi