​Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək

​Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana gələcək
Biznes
9 May , 2015 15:40
​Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək

Bakı. 9 may. REPORT.AZ/ Mayın 15-də Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Tavfig Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunun keçiriləcək.

"Report"un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi xəbərə görə, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi