Bakıda ​Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı müzakirə olunub

Bakıda ​Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı müzakirə olunub Azərbaycanın iqtisadiyyat naziri Belarusun baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Biznes
20 May , 2016 18:03
Bakıda ​Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı müzakirə olunub

Bakı. 20 may. REPORT.AZ/ Bu gün "Baku Expo Center"də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Belarusun baş nazirinin müavini Mixail Rusıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Belarus arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iki ölkə arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini, əlaqələrin genişləndirilməsi imkanlarının geniş olduğunu qeyd edib.

M.Rusıy ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə Belarus şirkətləri ilə birgə Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı, pambıq və pambıq emalı məhsullarının (pambıq ipliyi), tütünün, eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının Belarusa ixracına və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Belarusun Qrodno Tütün Fabrikinin baş direktoru Yuri Çernışev fabrikin hazırda Azərbaycandan tütün idxal etdiyini və idxalı artırmaqda maraqlı olduqlarını vurğulayıb. Belarus tərəfi müzakirə edilən məsələlər barədə təkliflərini Azərbaycan tərəfinə təqdim edəcək.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, tütün, pambıq emalı, yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi