Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək Əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaqdır
Biznes
15 May , 2017 15:55
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Bu il iyunun 8-də Bakıda Avropa İttifaqı (Aİ)-Azərbaycan biznes-forumu keçiriləcək.

"Report" bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər verir.

Forumun keçirilməsində əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına kömək olmaqdır.

Bir günlük tədbirə hökumət rəsmiləri, müvafiq dövlət qurumlarının mütəxəssisləri və beynəlxalq şirkət nümayəndələrinin qatılacağı panel müzakirələri, seminarlar, o cümlədən ikitərəfli görüşlər daxildir. Tədbirin əsas müzakirə mövzuları beş sahəni - Azərbaycanda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və logistika, İKT və elektron ticarəti əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi