Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysi fəaliyyətə başlayır

Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysi fəaliyyətə başlayır Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir
Biznes
4 Noyabr , 2017 11:49
Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysi fəaliyyətə başlayır

Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 9-dan etibarən hər həftənin cümə axşamı Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.

Kompleksdən “Report”a verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava-Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.

Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək 40 saat yol qət etməklə mənzil başına çatacaq.

Noyabrın 13-dən isə hər həftənin bazar ertəsi yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi