Bakı Ticarət Festivalı zamanı ƏDV 5 bankın 15 filialında qaytarılacaq

Bakı Ticarət Festivalı zamanı ƏDV 5 bankın 15 filialında qaytarılacaq Müvəkkil bank qismində "Kapital Bank", "Bank Silkway", "Azərbaycan Sənaye Bankı", "YapıKredi Bank Azərbaycan" və "PAŞA Bank" seçilib
Biznes
477
8 Aprel , 2017 12:58
Bakı Ticarət Festivalı zamanı ƏDV 5 bankın 15 filialında qaytarılacaq

Bakı. 8 aprel. REPORT.AZ/ Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək Bakı Ticarət Festivalı dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 kommersiya bankının 15 filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a bildirilib ki, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübəsi nəzərə alınaraq müvəkkil bank qismində "Kapital Bank" ASC, "Bank Silkway" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "YapıKredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC müəyyən edilib.

"Bakı Ticarət Festivalının dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb", - deyə Palatadan qeyd olunub.

Bakı Ticarət Festivalı zamanı Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Adı Filial və ya şöbə Ünvan Yaxın Ticarət Mərkəzi
  • 1
“PAŞA Bank” ASC Port Baku şöbəsi Neftçilər prospekti,53 Port Baku TM daxilində
  • 2
“Kapital Bank” ASC “Gənclik Mall” filialı Fətəli Xan Xoyski prospekti “Gənclik Mall” TM daxilində
  • 3
“28 may filialı” Azadlıq prospekti, 26 “28 Mall” TM yaxın
  • 4
“YapıKredi Bank Azərbaycan” QSC “Nərimanov Metropark” filialı Təbriz küçəsi, 106A “Metropark” TM daxilində
  • 5
Səbail filialı Nizami küçəsi, 69 “Nərgiz Mall” TM yaxın
  • 6
28 May fililalı Rəşid Behbudov küçəsi, 8 “Park Bulvar” TM və “28 Mall” TM yaxın
  • 7
“Azərbaycan Sənaye Bankı” ASC Baş ofis Zərifə Əliyeva küçəsi, 3 “Nərgiz Mall” TM yaxın
  • 8
“Park Bulvar” filialı Neftçilər pr-ti, Dənizkənarı Bulvar “Park Bulvar” TM daxilində
  • 9
“Bank Silkway” ASC Baş ofis Həsən Əliyev küçəsi, 131A “Gənclik Mall” TM yaxın
  • 10
1 №-li filial Nizami küçəsi, 142A 28 Mall TM yaxın
Hava limanları və dəniz limanının “tax free” bölməsi
  • 11
1 saylı şöbə H.Əliyev Beynəlxalq Hava Limanı, Terminal-1 Gömrük keçid məntəqəsindən sonra
  • 12
Gəncə filialı Gəncə Beynəlxalq Hava Limanı Hava limanında
  • 13
Lənkəran filialı Lənkəran Beynəlxalq Hava Limanı Hava limanında
  • 14
Mübadilə şöbəsi Qəbələ Beynəlxalq Hava Limanı Hava limanında
  • 15
Şəhər Dəniz limanında "tax free" bölməsi Bakı dəniz limanı Gömrük keçid məntəqəsindən sonra

Son xəbərlər

Orphus sistemi