Bakı Metropoliteni keçirdiyi 3 tenderin davamından imtina edib

Bakı Metropoliteni keçirdiyi 3 tenderin davamından imtina edib Buna səbəb şirkətin maliyyə imkanlarının məhdud olmasıdır
Biznes
9 Fevral , 2017 09:19
Bakı Metropoliteni keçirdiyi 3 tenderin davamından imtina edib

Bakı. 9 fevral. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC ötən il elan etdiyi və nəticələrini açıqladığı 3 tenderin davamından imtina edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət 2016-cı il oktyabrın 11-də və 26-da elan edilmiş, dekarın 14-də isə nəticələri açıqlanmış işçilər üçün fərdi mühafizə vasitələrinin satın alınmasına dair tenderdən, avqustun 7-də və 19-da elan olunmuş, nəticələri sentyabrın 30-da açıqlanmış "Bənövşəyi xətt" üzrə şərti adı “B03” olan stansiya üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən, eləcə də avqustun 17-də və 30-da elan edilmiş, oktyabrın 14-də nəticələri açıqlanmış adı çəkilən stansiya üçün tunel və güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən gedir.

Hər 3 satınalma proseduruna xitam verilməsi şirkətin maliyyə imkanlarının məhdud olması ilə bağlıdır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC 2014-cü ildə Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1,771 mlrd. manatdır.

Son xəbərlər

Orphus sistemi