Bakı, Masallı və Yevlaxda dövlət əmlakları özəlləşdirilib

Bakı, Masallı və Yevlaxda dövlət əmlakları özəlləşdirilib Dekabrın 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Biznes
251
23 Dekabr , 2020 15:01
Bakı, Masallı və Yevlaxda dövlət əmlakları özəlləşdirilib

Dekabrın 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, hərracda 9 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri, Masallı və Yevlax rayonlarında yerləşir.

"Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər”, - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi