“Bakı Elektrik Quraşdırma-2” səhmdarlarına hesabat verəcək

“Bakı Elektrik Quraşdırma-2” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının ümumi yığıncağı çağırılıb
Biznes
14 Mart , 2017 09:06
“Bakı Elektrik Quraşdırma-2” səhmdarlarına hesabat verəcək

Bakı. 14 mart. REPORT.AZ/ Mayın 7-də, saat 10:00-da “Bakı Elektrik Quraşdırma-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 11 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatının və müəssisənin balansının təsdiqi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Elektrik Quraşdırma-2” ASC 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 61 854 manatdır. 

Son xəbərlər

Orphus sistemi