Bakı Biznes Tədris Mərkəzində investisiya təşviqi ilə bağlı treninqlərə başlanılıb

Bakı Biznes Tədris Mərkəzində investisiya təşviqi ilə bağlı treninqlərə başlanılıb Treninqlər bu ilin sonunadək Bakı şəhərində və bölgələrdə keçiriləcək
Biznes
20 Oktyabr , 2016 20:45
Bakı Biznes Tədris Mərkəzində investisiya təşviqi ilə bağlı treninqlərə başlanılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən investisiya təşviqi mexanizmi ilə bağlı hüquqi şəxslər və fərdi sahibkarlar üçün treninqlərə başlanılıb.

"Report"a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, treninqlərdə hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası, investisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara təsdiqedici sənədin verilməsi və s. barədə məlumat verilir.

Treninqlər bu ilin sonunadək təsdiq edilən plan əsasında Bakı şəhərində və bölgələrdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi