“Bakelektromaşın” səhmdarlarına hesabat verəcək

“Bakelektromaşın” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
5 May , 2017 09:05
“Bakelektromaşın” səhmdarlarına hesabat verəcək

Bakı. 5 may. REPORT.AZ/ İyunun 30-da, saat 17:00-da “Bakelektromaşın” ASC-nin səhmlərinin növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində (stansiyada) olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin idarəetmə orqanının maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Bakelektromaşın” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1280026 manatdır. 

Son xəbərlər

Orphus sistemi