“Bakcell” şirkəti "Gənclərin Karyera və İnkişaf Mərkəzi" layihəsinə yekun vurub

“Bakcell” şirkəti "Gənclərin Karyera və İnkişaf Mərkəzi" layihəsinə yekun vurub Təlimləri uğurla bitirib şəxsi biznesini quran gənclərdən 5 nəfəri işləməyə başlayıb
Biznes
18 Oktyabr , 2016 18:02
“Bakcell” şirkəti Gənclərin Karyera və İnkişaf Mərkəzi layihəsinə yekun vurub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi başa çatıb.

Şirkətdən “Report”a bildirilib ki, layihə çərçivəsində Bakı SOS Uşaq Kəndində yaradılan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” bütün lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzdə 68 nəfər gənc müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətlə bitirib. Təlimləri uğurla bitirib şəxsi biznesini quran gənclərdən 5 nəfəri işləməyə başlayıb.

Bununla yanaşı, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsində gənclərin məşğulluğu bölümü yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölümə əlavə edilib.

Son xəbərlər

Orphus sistemi